Qazaxıstanın dövlət başçısına Qətər dövlətinin qurucusu Şeyx Casim bin Məhəmməd bin Taninin qılıncı təqdim olunub.
Qaziler.az bildirir ki, bu barədə Kazinform məlumat yayıb.
Qətər Dövlətinin qurucusu Şeyx Casim bin Məhəmməd bin Taninin qılıncı Qətərin yüksək dövlət rəmzidir. Qətər Dövlətinə və bütün bəşəriyyətə xidmətlərinə görə Qətər Əmiri tərəfindən monarxlara, şahzadələrə və dövlət başçılarına şəxsən təqdim olunur.
Bu qılıncla mükafatlandırılan ilk xarici lider Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud olub (2016). Qılınc daha sonra Oman sultanı Heytəm bin Tariq (2021) və İspaniya Kralı VI Filippə (2022) hədiyyə edilib.
Simvol Qətər Dövlətinin qurucusu Şeyx Casim bin Məhəmməd bin Taninin (1827-1913) qılıncının surətidir. Qılıncın qını sarı qızıldan (18 karat) hazırlanıb və hər iki tərəfi bəzədilib. Bıçaq qiymətli paslanmayan poladdan, sapı dəvə sümüyündən hazırlanmış, əqiq və turmalinlə işlənib.
QAZİLER.AZ