Fevralın 13-də Rostov vilayətinə güclü leysan yağıb, nəticədə Qruşevskaya kəndi demək olar ki, tamamilə su altında qalıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bəzi yerlərdə evləri və yardımçı tikililəri, eləcə də yolları su basıb. Bir çox insan evə getmək üçün qayıqlardan istifadə etməli olur.
Suyun hələ də qalxması ilə əlaqədar Qruşevskaya kəndinin sakinlərinin artıq təxliyyəsi başlanıb.
Hadisənin videogörüntüsünü təqdim edirik:
QAZİLER.AZ