Belçikada müsəlmanları təmsil edən təşkilatlar Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) halal kəsim qadağasının din azadlığını məhdudlaşdırmadığına dair qərarına reaksiya verib və etiraz edəcəklərini bildiriblər.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Belçika İslam Nümayəndəliyi Qurumunun və Belçika İslami Koordinasiya Şurasının verdiyi yazılı açıqlamada qərardan AİHM-in Böyük Palatasına etiraz ediləcəyi bildirilib.
Bəyanatda AİHM-in İkinci Palatasının “Dini ayinlərə görə kəsim qadağanının din azadlığının pozulması olduğunu, lakin bu müdaxilənin kifayət qədər mütənasib olduğu” qərarının ölkədəki müsəlmanları “məyus etdiyi” vurğulanıb.
QAZİLER.AZ