Bu, ikinci HADİSƏDİR: Almaniyada ukraynalı yeniyetmə hücuma məruz qalıb

Bu, ikinci HADİSƏDİR: Almaniyada ukraynalı yeniyetmə hücuma məruz qalıb backend

Almaniyanın Mettman şəhərində naməlum şəxs 15 yaşlı ukraynalıya hücum edib. Yeniyetmə başından ağır xəsarətlər alsa da, onun həyatı üçün təhlükə yoxdur.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Almaniya polisi bildirib.

İlkin məlumata görə, hadisə fevralın 10-da axşam saatlarında türk restoranlarından birində baş verib.

Polis bildirib ki, şəxs irqi ayrı-seçkiliklə bağlı fikirlər səsləndirib və daha sonra naməlum əşya ilə yeniyetmənin başına zərbələr endirib. Bundan sonra hücum edən şəxs yoxa çıxıb.

Hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib, o, axtarışa verilib. Şahidlərin sözlərinə görə, o, polyak əsilli şəxs ola bilər.

QAZİLER.AZ

Diaspora