Rusiyanın gücü nəinki Ukraynanı, Qərbi də ötüb - Estoniya kəşfiyyatı

Rusiyanın gücü nəinki Ukraynanı, Qərbi də ötüb - Estoniya kəşfiyyatı backend

Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında qeyd edilir ki, Rusiya Federasiyası sursat istehsalı və miqdarına görə Ukraynanı ötüb.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Sənəddə qeyd olunur ki, Rusiya tərəfi ötən il döyüş sursatı istehsalını 3-4 milyon ədədə çatdırıb. Estoniya Xarici Kəşfiyyat Xidməti vurğulayıb ki, Rusiya çox güman ki, 2024-cü ildə artilleriya sursatlarının istehsalını artırmağa davam edəcək.

Hesabatda deyilir: Qərb dövlətləri Ukrayna tərəfinə mərmi istehsalını və tədarükünü sürətlə artıra bilməsələr, bu tendensiya davam edəcək. Qərbin istehsal güclərinin artımı isə Rusiya ilə müqayisədə xeyli ləng gedir.

QAZİLER.AZ

Diaspora