İsrail ABŞ və Körfəz ölkələri tərəfindən maliyyələşdirilən evakuasiya planının bir hissəsi olaraq Qəzza zolağında çadır düşərgələri qurmağı təklif edir. İsrailin planı Qəzza-Misir sərhədi yaxınlığında yerləşən Rəfah şəhərində əməliyyatı nəzərdə tutur.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə “The Wall Street Journal” rəsmilərə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, İsrail tərəfi hər birində təxminən 25 min çadır olacaq 15 çadır şəhərciyi yaratmağı təklif edir. Onlar Qəzza zolağının cənub-qərb hissəsində yerləşəcəklər. Misir rəsmiləri qeyd edirlər ki, Qahirə düşərgələrin və səhra xəstəxanalarının yaradılmasına cavabdeh olacaq.
Nəşr vurğulayır ki, plan ABŞ və Misirin qorxularına baxmayaraq, İsrailin “Rəfahı işğal etməyi planlaşdırdığını” göstərir.
QAZİLER.AZ