Putini ilin əsas xəbər istehsalçısı seçdilər

Putini ilin əsas xəbər istehsalçısı seçdilər backend

Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karslonla müsahibəsini dünyada bir milyard insan izləyib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Dövlət Dumasının deputatı, tarixçi Vyaçeslav Nikonov bildirib. Onun sözlərinə görə, bu söhbət Rusiya liderini ilin əsas dünya nyusmeykerinə, Karlsonu isə əsas müsahibinə çevirib.

“Həm siyasət, həm də informasiya aləmində müzakirə olunan əsas dünya hadisəsi... Hamımız yaxşı bilirik ki, təkcə X platformasında bu müsahibəni 200 milyondan çox insan izləyib. Bu o deməkdir ki, mən dünyada prezidentimizin diqqətli dinləyicilərinin sayını nə az, nə çox, 1 milyard nəfər hesab edərdim”, - deyə deputat bildirib.

Nikonov bu hadisənin həqiqətən qeyri-adi olduğunu vurğulayıb. O, izah edib ki, bu gün istənilən Qərb siyasətçisi izləməsə, heç olmasa Putinlə müsahibənin əsas məqamlarından xəbərdar olmağa borcludur.

QAZİLER.AZ

Diaspora