2023-cü ilin sentyabrında respublikanı tərk edən Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aliksey Arestoviç Monakodakı Monte Karlo kazinosunun yaxınlığında görüntülənib.
Qaziler.az xəbər verir ki, “Smotri” teleqram kanalında yayımlanan görüntülərdə onun naməlum bir adamla birlikdə küçələrdə gəzdiyi görünür. Siyasətçinin knyazlıqda olmasının səbəbləri məlum deyil.
Aretoviç onu videoya çəkən operatoru görüb və kameraya “V” jestini edib. Daha sonra o, operatoru cinayət məsuliyyəti ilə hədələyib. Qeyd olunur ki, video xüsusilə məşhurlar, siyasətçilər və kral evlərinin üzvləri tərəfindən məşhur olan Monte Karlo kazinosunun qarşısında lentə alınıb.
Ukrayna hüquq-mühafizə orqanları 2023-cü ilin oktyabrında Aliksey Aretoviçə qarşı cinayət işi açıb. O, zorakılıq və qəddarlıq kultu, irqi, milli və ya dini dözümsüzlük və ayrı-seçkiliyi təbliğ edən əsərlər hazırlamaqda və yaymaqda ittiham olunur.
QAZİLER.AZ