Pentaqon rəhbəri səhhətindəki problemə görə Brüsselə gedə bilməyəcək

Pentaqon rəhbəri səhhətindəki problemə görə Brüsselə gedə bilməyəcək backend

ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirildiyi üçün Brüsseldə keçiriləcək Ukrayna donor toplantısında iştirak edə bilməyəcək.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, prostat xərçəngi ilə mübarizə aparan Lloyd Ostin dünən sidik kisəsində problem olduğu üçün yenidən xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirmə ilə əlaqədar olaraq Pentaqon rəhbəri səlahiyyətlərini müavini Ketlin Hiksə verib.

"Mən indi bunu təsdiqləyə bilərəm", - Pentaqonun sözçüsü jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.

QAZİLER.AZ

Diaspora