Avropa Parlamenti Rusiya ilə münasibətləri bərpa etmək istəyir

Avropa Parlamenti Rusiya ilə münasibətləri bərpa etmək istəyir backend

Avropa Parlamentinin Yunanıstandan olan üzvü Emmanuil Franqos hazırda Aİ ilə Rusiya arasında mövcud olan inamsızlığın aradan qaldırılmasının vacibliyini bəyan edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, “RT” telekanalı parlamentarinin Aİ diplomatiyasının rəhbəri Xosep Borrelə ünvanladığı məktubla tanış olub.

Franqosun fikrincə, Ukraynada münaqişə bitdikcə Aİ və Rusiya Federasiyası qarşılıqlı etimadı bərpa etmək üçün addımlar atmalı olacaq. Bu, Avropa qitəsinin birliyini və təhlükəsizliyini bərpa etmək üçün tələb olunacaq.

Millət vəkili bildirib ki, Böyük Britaniya, ABŞ, Türkiyə və dünya siyasətinin digər qeyri-Avropa aktorları “həddindən artıq bahalı müdafiə sistemləri ixrac etməklə Aİ və Rusiya arasında parçalanmadan faydalanırlar”.

Məktubda Franqos xatırladıb ki, İkinci Dünya Müharibəsi illərində Fransa və Almaniya arasında gələcək barışığı təsəvvür etmək çətin idi - lakin bu baş verdi və iki ölkənin yaxınlaşması Avropanın birləşməsi üçün əsas yaratdı.

QAZİLER.AZ

Diaspora