ABŞ prezidenti Co Baydenin seçkilərdə qalib gəlmək və ikinci müddətə dövlət başçısı olmaq şansı aşağıdır.
Qaziler.az xəbər verir ki, bu haqda “Newsweek” yazıb.
Nəşr “İnvestor's Business Daily” (IBD) və "TIPP Insights”ın araşdırmasına istinadən yazır ki, ölkə lideri son üç ayda əksər vətəndaşların dəstəyini itirib.
Təhlillərimiz göstərir ki, amerikalılar arasında Baydenə dəstək son üç ayda xeyli zəifləyib. Məqalədə deyilir ki, müxtəlif seçki qruplarında olan seçicilər ondan üz çeviriblər.
Nəşr qeyd edir ki, Baydenin yenidən seçilmək şansı zəifdir. Müxtəlif demoqrafik qruplardan olan respondentlər arasında aparılan sorğular onun namizədliyinə dəstək səviyyəsinin azaldığını göstərir. Nəşr həmçinin vurğulayıb ki, IBD və "TIPP Insights" analitikləri öz proqnozlarında dəqiqdirlər.
QAZİLER.AZ