Moskva məhkəməsi “Meta”nın mətbuat katibini qiyabi həbs edib

Moskva məhkəməsi “Meta”nın mətbuat katibini  qiyabi həbs edib backend

Moskvanın Basmannı məhkəməsi “Meta” korporasiyasının mətbuat katibi vəzifəsini tutan Endi Stounun qiyabi həbs edilməsi haqqında qərar çıxarıb.

Qaziler.az bildirir ki, paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti xəbər verir ki, o, terrora haqq qazandırmaqda ittiham olunur.

“Stoun Endi Marka qarşı 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilsin. Müddət Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan hesablanır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da Moskva məhkəməsi Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksiy Arestoviç haqqında qiyabi həbs qərarı vermişdi.

QAZİLER.AZ

Diaspora