Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, idarə mütəmadi olaraq Belqorod yaxınlığında qəzaya uğrayan “İl-76” təyyarəsində olan Ukrayna Silahlı Qüvvələrinin əsirlərinin cəsədlərinin qaytarılması tələbi ilə Rusiyaya müraciətlər edib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Eyni zamanda, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov daha əvvəl vurulan təyyarədə ukraynalı məhbusların olmadığını irəli sürmüşdü.
“Hərbçilərin cəsədlərinin qaytarılması üçün müraciətlər edilir”, - rəsmi Ukrayna televiziyasında bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Rusiya “İl-76”nın göyərtəsində olan Ukrayna hərbçilərinin cəsədləri ilə bağlı alver təşkil etməyəcək. Rusiya tərəfi onları heç bir şərt olmadan qohumlarına təhvil verəcək. Putinin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında Moskvaya Kiyevdən bununla bağlı heç bir müraciətin daxil olmadığını bildirmişdi.
QAZİLER.AZ