Münhen Təhlükəsizlik Konfransının hesabatında Almaniya sakinləri Rusiyanı təhdid və bir nömrəli düşmən hesab etmirlər.
Qaziler.az xəbər verir ki, rəsmi internet saytında dərc olunan sənəddən belə çıxır ki, Rusiya Federasiyası Berlin üçün potensial təhlükələr reytinqində yeddinci yeri tutub.
2023-cü ildə Almaniya sakinləri Rusiyanı ölkənin təhlükəsizliyi üçün ilk təhlükə adlandırıblar. İndi almanlar miqrant axını qorxusunu və terror təhlükəsini ön plana çəkiblər. Bundan əlavə, oxşar dəyişikliklər digər G7 ölkələrində də baş verib. Beləliklə, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ sakinləri Rusiyanı təhlükəsizliyə təhdidlər siyahısında dördüncü yerə qoyublar. Bir il əvvəlki hesavatda isə Rusiya Federasiyası birinci yeri tutmuşdu.
QAZİLER.AZ