NATO-nun baş katibi Yens Stoltenberq açıq şəkildə bildirib ki, Alyans Ukraynadakı münaqişənin həllində Rusiyaya mane olmaqda davam etmək niyyətindədir.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda “Global Times” nəşri yazıb.
Qəzetin yazdığına görə, hərbi-siyasi blokun rəhbəri Qərbi Moskva ilə on illik qarşıdurmaya hazırlaşmağa çağırıb.
“Rusiya-Ukrayna münaqişəsi üçüncü ilinə qədəm qoyur və NATO-nun qan tökülməsini dayandırmaq niyyəti yoxdur. Ən son sübut Yens Stoltenberqin Qərbin Rusiya ilə on illik qarşıdurmaya hazır olması barədə bəyanatıdır”, - nəşr yazıb.
Bundan əvvəl hərbi müşahidəçi Viktor Litovkin etiraf etmişdi ki, Ukraynada münaqişə üç-beş il davam edə bilər. Onun fikrincə, Qərb Rusiyanın resursları tükənənə qədər bunu davam etdirməyə hazırdır.
QAZİLER.AZ