Bəhreyndən olan “Storm” haker qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının gəmilərinin bort sistemlərinə uğurlu hücum həyata keçirib.
Qaziler.az bildirir ki, məlumatı “Fars” xəbər agentliyi yayıb.
Kibercinayətkarlar Bəhreyndəki Amerika hərbi bazasının məxfi sənədləri, fotoşəkilləri və ətraflı planlarına çıxış əldə ediblər.
“Haker qrupu Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına qarşı əməliyyat keçirib və məxfi məlumatlar əldə edib”, - məlumatda bildirilib.
Hakerlər oğurlanmış sənədlərin bir qismini internetdə yayıblar. Onlar ABŞ-la mübarizədə “Müqavimət oxu”nu dəstəkləyənlərin əlinə keçəcək daha mühüm materiallara sahib olduqlarını bildiriblər.
Qeyd edilib ki, “Müqavimət oxu”na Livanın “Hizbullah” partiyası, Fələstinin “Həmas” hərəkatı, Yəmənin “Ənsar Allah” hərəkatı və müsəlman yarımhərbi qruplaşmaları daxildir.
QAZİLER.AZ