Polşalı fermerlər Ukrayna ilə sərhəddə daha iki keçid məntəqəsini bağlayıblar. Onlar etirazlarını Medika-Şeqini keçid məntəqəsində də davam etdiriblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
“Polşalı fermerlər daha iki keçid məntəqəsində etiraz aksiyalarına başlayıb və "Seqini" yenidən bloklayıblar”, - məlumatda deyilir.
QAZİLER.AZ