Almaniyanın Köln Universitetinin alimləri Mərkəzi Asiyada qədim Kuşan İmperiyasının qoyub getdiyi Kuşan yazısının 60%-ni deşifrə edə biliblər.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, araşdırmanın nəticələri "Transactions of the Philological Society" jurnalında dərc olunub.
Kuşan krallığı müasir Orta Asiya, Əfqanıstan, Pakistan, Şimali Hindistan ərazisində Kuşanlar tərəfindən qurulmuş qədim dövlətdir. Onun çiçəklənmə dövrü təxminən eramızın 105-250-ci illərinə təsadüf edir. Dövlətin Roma, İran və Çinlə diplomatik əlaqələri olub.
İmperatorluğun dağılmasından sonra alimlərin uzun müddətdir deşifrə etməyə çalışdıqları çoxlu yazılar qalmışdı. 2022-ci ildə Tacikistanın şimal-qərbindəki Almosi dərəsində ikidilli yazının tapılması deşifrənin açarı olub. Bu hadisə elm adamlarının problemə yanaşmalarını yenidən nəzərdən keçirmək və yenidən təhlil etmək üçün stimul oldu.
Tədqiqatçıların fikrincə, Kuşan yazısının deşifrə edilməsi Orta Asiyanın tarixi və mədəniyyətinin öyrənilməsində yeni səhifə açır