Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" 2024-cü ilin yayından başlayaraq Dayba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə"Yomiuri" qəzeti məlumat verib.
Qeyd olunub ki, bu cür taksilərin fəaliyyəti Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.
Tokio körfəzinin sahilində yerləşən Dayba Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır.
Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq.
Avtomobil Dayba küçələrində avtonom şəkildə hərəkət etsə də, nəzarət və təhlükəsizlik üçün nəqliyyat vasitəsində sürücü olacaq.
2025-ci ildən etibarən xidmətin Tokionun mərkəzi ərazilərinə qədər genişlənməsi, həmçinin pullu olması planlaşdırılır.
Bundan əlavə, gələcəkdə bu texnologiya Yaponiyada taksi sənayesində kadr çatışmazlığı ilə davam edən problemi həll edə bilər.(Report.az)