ABŞ Türkiyə ilə bağlı mühüm qərarını verdi

ABŞ Türkiyə ilə bağlı mühüm qərarını verdi backend

ABŞ Konqresi Türkiyəyə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi X səhifəsində məlumat yayıb.

“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 26-da ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş göndərib. Konqres də 15 günlük müddət ərzində ABŞ administrasiyasının silah satışının baş tutması üçün təqdim etdiyi satış bildirişinə etiraz etməyib.

 

 

Diaspora