Beynəlxalq Hüquq Müdafiəçiləri Suriyada kürd silahlı qruplaşmalarını hərbi cinayətlər törətməkdə ittiham ediblər.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hüquq müdafiəçiləri PKK-nın Suriya qanadı olan YPG-ni ələ keçirdikləri ərazilərdə etnik təmizləmə apardıqlarını açıqlayıb. Onlar nəzarət etdikləri Suriyanın şimal vilayətlərində anti-kürd əhaliyə qarşı qətllər törədiblər. Onların evləri yandırılıb və yaşadıqları ərazilərdən qovulublar. YPG bəzi qətlləri insanların gözü qarşısında, meydanlarda nümayişkəranə surətdə həyata keçirib.