Skandinaviya ölkələri Arktikada müharibəyə hazırlaşır – “Foreign Policy”

Skandinaviya ölkələri Arktikada müharibəyə hazırlaşır –  “Foreign Policy” backend

Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsinin başlaması ilə yeni şimal ittifaqları güclərin geosiyasi balansını dəyişir və NATO-nun Arktika ölkələri tezliklə Rusiyanı 7-1 sayca üstələyəcək. İndi də dünya liderləri getdikcə Arktika regionunda eskalasiyanın nə dərəcədə mümkün olduğunu soruşurlar.

Qaziler.az xəbər verir ki, bu haqda “Foreign Policy” yazıb.

Nəşrin yazdığına görə, son bir neçə onillikdə Rusiya və digər Arktika gücləri arasında ikitərəfli və beynəlxalq müqavilələr Şimalın ümumi təhlükəsizliyini, eləcə də elmi maraqları gücləndirib. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bu razılaşmalar tez bir zamanda dağıldı.

“Ukraynadakı müharibə əgər nəyəsə nail olubsa, bu da Şimali Avropa ölkələrini təhlükəsizlik məsələlərində bir-birinə yaxınlaşdırmasıdır”, - nəşr yazıb.

QAZİLER.AZ

Diaspora