Ağ Evdəki Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienn Uotson bildirib ki, ABŞ hakimiyyəti Ekvador üçün təhlükəsizlik dəstəyini artırır və “C-130” hərbi-nəqliyyat təyyarəsini bu ölkəyə köçürmək niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, zorakılığın baş verməsi fonunda Amerika tərəfinin Ekvador xalqının yanında olduğunu vurğulayıb. Uotson bildirib ki, Birləşmiş Ştatlar Ekvador qüvvələrinə hüquq-mühafizə və müdafiə sahələrində dəstəyi artırıb.
Onun sözlərinə görə, amerikalı mütəxəssislər Ekvador prezidentinin və vitse-prezidentinin müdafiəsinə cavabdeh olan 35 işçiyə təlim keçiblər.
Hərbi nəqliyyat təyyarəsi 2024-cü ilin mart ayının sonuna qədər Kitoya çatdırılacaq.
QAZİLER.AZ