Estoniya gəmi əleyhinə raket kompleksi alıb

Estoniya gəmi əleyhinə raket kompleksi alıb backend

Tallin atəş məsafəsi 290 kilometr olan və demək olar ki, bütün Baltik dənizini əhatə edən “Blue Spear 5G SSM” yüksək texnologiyalı gəmi əleyhinə raket kompleksi alıb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, məlumatı Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.

Departament vurğulayıb ki, raket sistemi istənilən hava şəraitində, gecə və gündüz fəaliyyət göstərə, həmçinin dənizdə mobil və stasionar hədəfləri vura bilir.

Departamentin rəhbəri Hanno Pevkura əlavə edib ki, gəmi əleyhinə raketlərin alınması donanmanın və bütövlükdə Estoniyanın müdafiə qabiliyyətinin səviyyəsinin artırılması üçün həlledici əhəmiyyət kəsb edir.

QAZİLER.AZ

Diaspora