“Meta” şirkəti qaydalara uyğun gəlməyən açıqlamalara görə, İranın ali dini lideri Əli Xamneyinin “Facebook” və “Instagram” sosial şəbəkələrindəki hesablarını bloklayıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
" “Instagram” və “Facebook” Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İranın ali dini lideri Ayətullah Əli Xamneyinin hesablarını silib”, - deyə yayımçı qeyd edib.
Xəbərdə Xamneyinin sosial şəbəkələrdə Fələstinin HƏMAS hərəkatını dəstəkləyən mesajlar yazdığı və İsrail əleyhinə bəyanatlar verdiyi qeyd edilib.
Qeyd olunub ki, “Meta”nın siyasəti təşkilatlara və ya şəxslərə zorakılıq çağırışlarını dərc etməyə icazə vermir. Telekanal vurğulayıb ki, qadağa ABŞ hökuməti tərəfindən terrorçu kimi təyin edilmiş təşkilatları tərifləyən, dəstəkləyən və ya təmsil edən hər kəsə də şamil edilir.
QAZİLER.AZ