Rumıniyada güclü qar yağması nəticəsində bir sıra magistrallarda hərəkət iflic olub, qatarların gedişində gecikmələr baş verir.
Suçava və Neamts rayonlarında “narıncı” təhlükə kodu elan olunub. Hazırda ölkə rəhbərliyi nəqliyyatın hərəkətinin və elektrik enerjisinin bərpası üçün təcili tədbirlər görür.