Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen ölkənin hərbi ehtiyaclarına investisiyaların artırılmasına çağırıb.
Qaziler.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, o, tələbini Rusiyanın yaxın illərdə NATO ölkələrinə hücum edə biləcəyinə dair yeni kəşfiyyat məlumatları ilə izah edib.
"İstisna etmək olmaz ki, üç-beş il ərzində Rusiya beşinci bəndi (nizamnamədə alyansın hücuma məruz qalacağı təqdirdə, assosiasiyanın istənilən ölkəsinə yardım göstərəcəyini bildirir) və NATO həmrəyliyini yoxlamayacaq”, - Poulsen deyib.
Onun sözlərinə görə, son illər Rusiyada hərbi-sənaye kompleksi müəssisələrinin imkanları xeyli artıb, ona görə də hərbi ehtiyaclar üçün maliyyə investisiyalarını artırmaq lazımdır. Eyni zamanda, nazir əmindir ki, Danimarka üçün birbaşa təhlükə yoxdur.
QAZİLER.AZ