Avropa İttifaqı Rusiyada qalan Aİ şirkətlərinə vergi tətbiq etmək istəyir

Avropa İttifaqı Rusiyada qalan Aİ şirkətlərinə vergi tətbiq etmək istəyir backend

Avropa Komissiyası Rusiyada fəaliyyət göstərən Aİ bizneslərinə xüsusi vergi tətbiq etməyi təklif edib.

Qaziler.az "Politico"ya istinadla xəbər verir ki, təşəbbüsün müəllifi, büdcə məsələləri üzrə Avropa komissarı Virginiyus Sinkeviçyusdur. Onun sözlərinə görə, bu, Ukraynaya yardımın qismən maliyyələşdirilməsinə kömək edəcək.

“Hesab edirəm ki, vergi ödəyicilərinin pulundan mümkün qədər az istifadə etmək üçün maliyyə mənbələrini tapmaq (Kiyev) çox vacibdir. Aİ-də əhəmiyyət vermədiyimiz bir çox şirkətlər var ki, onlar hələ də Rusiyada fəaliyyətini davam etdirir. Niyə onlardan vergi almaq barədə düşünməyək!?", - Avropa rəsmisi deyib.

QAZİLER.AZ

Diaspora