İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS-ın qalan dörd batalyonunu məhv etməyə hazırlaşmağı əmr edib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Məlumatda qeyd edilib ki, bu ərazidən dinc əhalinin təxliyəsi üçün plan hazırlamaq lazımdır.
“HƏMAS-ın dörd batalyonunu Rəfahda sağ buraxmaqla müharibə məqsədinə çatmaq mümkün deyil. Digər tərəfdən, Rəfahdakı genişmiqyaslı əməliyyat dinc sakinlərin döyüş bölgələrindən təxliyyə edilməsini tələb etdiyi göz qabağındadır”, - Netanyahu bildirib.
QAZİLER.AZ