Bu il Sinqapur yollarında pilotsuz avtomobillər xəttə buraxılacaq. İKT.lent.az-ın məlumatına görə, bu, şəhərin müəyyən yerində istifadəyə veriləcək sınaq layihəsi olacaq.
2016-cı ildə isə robotlaşdırılmış avtomobillər yol hərəkətinin tamhüquqlu iştirakçısı ola biləcəklər. Söhbət ictimai nəqliyyatdan gedir.Artıq şəhər-dövlət müxtəlif şirkətlərdən layihənin icrası ilə bağlı 8 təklif alıb. Bu layihənin icrasına gələn ilin ikinci yarısında başlanılması nəzərdə tutulur.
Bununla bağlı ətraflı məlumat yoxdur. Ancaq görünən odur ki, söhbət 2016-cı ilin ikinci yarısına təxirə salınan həmin layihədən gedir. Yerdə qalan vaxt ərzində Sinqapur digər sınaqları da keçirməyə imkan tapacaq. Xüsusilə də JTC şirkəti ilə birgə həyata keçirilən layihə. Belə ki, şəhərdə pilotsuz avtomobillər üçün uzunluğu 6 kilometr olan yol inşa ediləcək. Bu yolda müəyyən texnoloji qərarlar işləniləcək.