İspaniyada etirazlar başlayandan bəri 20-dən çox fermer saxlanılıb

İspaniyada etirazlar başlayandan bəri 20-dən çox fermer saxlanılıb backend

 İspaniyanın təhlükəsizlik qüvvələri ölkədə fermerlərin etiraz aksiyaları başlayandan bəri 20-dən çox adamı saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə fevralın 9-da “El Pais” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Nümayişlər dördüncü günündə davam edərkən, ictimai təhlükəsizlik qanununun pozulması ilə bağlı polisə 2000-dən çox müraciət təqdim edilib.

Üç həmkarlar ittifaqı tərəfindən birləşərək, traktor və digər xüsusi texnikadan istifadə edən  fermerlər etiraz olaraq, ölkənin 17 muxtar icmasından ən azı yeddisində yolları bağlayıb.

QAZİLER.AZ