Ukrayna Litvadan yeni hərbi yardım paketi alıb

Ukrayna Litvadan yeni hərbi yardım paketi alıb backend

Litva Ukraynanın qəddar işğalçıya qarşı çətin mübarizəsini yüngülləşdirmək üçün səylərini davam etdirir. Fevralın 9-da Ukraynaya daha bir hərbi yardım paketi göndərib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu dəfə Litva Silahlı Qüvvələri Ukrayna hərbçilərinə qış mövsümü üçün lazım olan texnikanı və on minlərlə dəst isti geyimi gətirib  təhvil verib.

"Biz on minlərlə Ukrayna əsgərini açıq hava şəraitində soyuq mövsüm üçün lazım olan avadanlıq və geyimlə təmin edirik. Hər bir dəstək paketimiz qələbəyə doğru əlavə addımdır", - Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

QAZİLER.AZ

 

Diaspora