Norveç ümumi məbləği 3,45 milyard kron (təxminən 326 milyon dollar) dəyərində NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi fevralın 9-da öz saytında məlumat yayıb.
“Hökumət Stortinqə (Norveç Parlamenti - Red.) "Kongsberg Defence & Aerospace" (KDA) şirkətindən NASAMS hava hücumundan müdafiə sistemi üçün daha 10 buraxılış qurğusu və dörd atəşə nəzarət nöqtəsi sifariş etməyi təklif edir”, - məlumatda deyilir.
Norveç Müdafiə Nazirliyi aydınlaşdırıb ki, bu sifariş artıq Kiyevə verilmiş texnikaya əlavə olaraq veriləcək. Maliyyə investisiyalarının həcmi 3,45 milyard kron olacaq.
Digər məsələlərlə yanaşı, Norveç departamenti krallığın “lazım olduğu müddətcə” Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
QAZİLER.AZ