Moldova baş nazirinin müavini Gerasimov: ölkə Aİ-yə üzvlüyün birinci mərhələsinə başlayıb
Fevralın 7-də Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə texniki işlərin birinci mərhələsinə başlayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristin Gerasimov bu barədə fevralın 9-da Brüsselə səfərindən sonra məlumat verib.
“Bizim ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var. Bu mərhələ Aİ Şurasının dekabrda qəbul etdiyi tarixi qərarın icrası istiqamətində ilk praktiki addımı – milli qanunvericiliyin Aİ qanunvericiliyi ilə müqayisədə qiymətləndirilməsini əks etdirir”, - deyə baş nazirin müavini brifinq zamanı jurnalistlərə bildirib.
O qeyd edib ki, fevralın sonunda ölkə hökumətinin nümayəndə heyəti respublikanın ədliyyə və fundamental hüquqlar sahəsində qanunvericiliyinin ilkin təhlilini aparmaq üçün Brüsselə gedəcək. Gerasimov vurğulayıb ki, Aİ ilə yaxınlaşmanın sürəti Moldovanın ədalət sahəsində uğurundan asılıdır.