"Moskva Rusiyanın Suriyadakı səfirliyinin atəşə tutulmasını terror aktı kimi qiymətləndirir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün ruandalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Dəməşqdəki səfirliyimizin atəşə məruz qalmasını səfirimiz də təsdiqləyib. İki mina səfirliyimizin ərazisinə düşüb. Bu açıq-aydın terror aktıdır. Yəqin ki, bu, terrorla mübarizə tərəfdarlarını qorxutmağa və ekstremistlərə qarşı mübarizəni əngəlləməyə yönəlib", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyanın Dəməşqdəki səfirliyi atəşə məruz qalıb. Səfirliyin I katibi Eduard Qurbanov bildirib ki, səfirliyin ərazisinə iki minaatan mərmisi düşüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Diplomat hadisə baş verərkən səfirliyin qarşısında Rusiyanın addımlarına dəstək aksiyasının keçirildiyini söyləyib. Şahidlərdən biri mərminin dəstək aksiyası keçirilən əraziyə düşdüyünü söyləyib. Bundan sonra iştirakçılar dağılışıb