Polşada NATO-nun irimiqyaslı təlimlərinin anonsu verildi

Polşada NATO-nun irimiqyaslı təlimlərinin anonsu verildi backend

Polşada fevralın 12-dən demək olar ki, bütün yollarda hərbi texnikanın hərəkəti  artacaq.

Bu, NATO-nun son onilliklərin ən böyük hərbi təlimi olan “Steadfast Defender-24” ilə bağlıdır.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Polşa Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, Polşada hərbi texnikanın kolonnalarının hərəkəti təlim çərçivəsində həyata keçiriləcək. Beləliklə, müttəfiq qoşunlarının köçürülməsi təcrübəsi, sərhədyanı fəaliyyətlərin əlaqələndirilməsi və qəbul edən ölkələrlə əməkdaşlıq planlaşdırılır.

Kolonnaları Polşa ordusunun hərbi polisi və yol hərəkətinə nəzarət bölmələri müşayiət edəcək və mühafizə edəcək.

Baş Qərargah polyakları hərbi texnikanın hərəkəti ilə bağlı məlumat və fotoşəkilləri dərc etməməyə çağırıb, çünki bu, “mənfi nəticələrə” səbəb ola bilər.

QAZİLER.AZ

 

Diaspora