İspaniya polisi Avropanın ən çox axtarılan cinayətkarlarından birini saxlayıb

İspaniya polisi Avropanın ən çox axtarılan cinayətkarlarından birini saxlayıb backend

İspaniyada polis əməkdaşları insan alveri ilə məşğul olan Avropanın ən çox axtarılan cinayətkarlarından birini saxlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

“Milli Polisin agentləri Deltebre şəhərində Avropada ən çox axtarışda olan, insan alveri ilə bağlı cinayətlərin icraçısı kimi Rumıniya hakimiyyəti tərəfindən axtarışda olan qaçaqlardan birini saxlayıblar.”, - sənəddə deyilir.

Rumıniya 2009-cu ildən bəri Avropada ən çox axtarılanlar siyahısında olan bu adamın həbsinə daha əvvəl Avropa orderi vermişdi. Həmin şəxs 15 ilə yaxındır ki, Deltebrada gizlənir, orada başqa ad altında yaşayıb və adi daşınmaz əmlak məsləhətçisi kimi çalışıb.

Press-relizdə deyildiyi kimi, cinayətkar Rumıniya hakimiyyətinə təhvil verilib, onu 10 ilə qədər həbs gözləyir.

QAZİLER.AZ

Diaspora