NASA ABŞ astronavtları tərəfindən 1969-cu il iyulun 16-24-də həyata keçirilən və insanın ilk dəfə Ay səthinə ayaq basdığı “Apollon” missiyası zamanı çəkilmiş 8400 arxiv şəkillərini yayınladıqdan sonra amerikalı operator Tom Kutsi bu dəyərli fotokadrları canlandırmaq qərarına gılib.
İKT.lent-az-ın xəbərinə görə, T. Kutsi fotolardan 2 dəqiqəlik video düzəldib. O, videonu “Ground Control” adı öz “YouTube” kanalında yerləşdirib.“Mən bu fotoların dərc olunmasından ilhama gəldim və qərara aldım ki, onları elmi-populyar filmlərdə olduğu kimi hərəkətli görmək maraqlı olardı. Fotoları canlandırmaq üçün “Adobe After Effect” və “Photoshop”dan istifadə etdim”, - deyə T. Kutsi söyləyib.