Massaçusets ştatının Boston şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə fevralın 8-də ABŞ Mülki Aviasiya Administrasiyası (FAA) öz saytında məlumat yayıb.
FAA məlumatda 777 saylı reysin Airbus A320Neo, 551 saylı reysi isə Airbus A320 ilə həyata keçirildiyini açıqlayıb. Hadisə aviaşirkətin məsuliyyət zonasında baş verib.
Amerikanın “Fox Business” nəşri "JetBlue"-yə istinadən xəbər verir ki, təyyarələrin sərnişinləri və ekipaj üzvləri xəsarət almayıb. Şirkət əlavə edib ki, hər iki təyyarə təmir üçün hələlik istismardan çıxarılacaq.
QAZİLER.AZ