David Araxamiya: "AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır"

David Araxamiya: "AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır" backend

AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır.

Bunu “Report”un Şərqi Avropa açıqlamasında Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya deyib.

O qeyd edib ki, bəzi məqamlarda emosiyaları kənara qoyaraq hərəkət etmək vacibdir:

“Hesab edirik ki, AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır. Buna görə də bizim Xarici Əlaqələr Komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət etmək təşəbbüsü ilə çıxış edib. İndi detallar barədə danışmaq istəməzdim. Mənə elə gəlir ki, bizim parlamentdən olan deputatlarımızın həm Azərbaycan parlamentinə, həm də AŞPA rəhbərliyinə müraciəti öz rolunu oynamalıdır, çünki biz indiki vəziyyətdə həmrəyliyin nə olduğunu başa düşürük. Biz belə hadisələrin baş verdiyini görəndə anlayırıq ki, birlik çox vacibdir. Buna görə də istəyirik ki, müharibə şəraitində olan ölkə olaraq hər iki tərəfə müraciət edək ki, onlar danışıqlar masası arxasına əyləşib həll yolu tapsınlar”.

D.Araxamiya vurğulayıb ki, hər iki tərəfin danışıqlar aparmasını, ortaq anlaşmaya nail olmasını və əvvəlki vəziyyətə qayıtmasını istəyirik:

“Azərbaycan və onun AŞPA-dakı nümayəndə heyəti uzun illər, onilliklər ərzində çox səmərəli işləyir, Avropanın bütün dəyərlərini, multikulturalizmi, demokratik dəyərləri və sair bölüşür. Buna görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq bir az da hər iki tərəfin emosiyalarından qaynaqlanır. Yəni dünyada elə bir hal yoxdur ki, hər hansı kiçik insidentə görə nümayəndəliyin qurumdakı səlahiyyətlərinə zərbə vursun”.

Fraksiya rəhbəri onu da əlavə edib ki, bu gün birlik böyük dəyərdir:

“Təəssüf ki, mən AŞPA-nın üzvü deyiləm. Odur ki, bunun dəyərlərə necə zərbə vuracağını qiymətləndirə bilmərəm. Azərbaycanda dəfələrlə səfər etmişəm və bu ölkə ilə bağlı təcrübəmi danışa bilərəm. Azərbaycan multikultural ölkədir. Burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır. Mən Azərbaycandakı küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbətləşmişəm. Çox rahat şəkildə piyada gəzmişəm. İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər. Hesab edirəm ki, Azərbaycan bütün rakurslardan beynəlxalq səviyyədə tanınmağa layiq bir ölkədir. Ümidvaram ki, indi göstərdiyimiz təşəbbüs həm Azərbaycana, həm də AŞPA rəhbərliyinə ümumi təmas nöqtələrini tapmağa kömək edəcək və bu dialoq bütün tərəflər üçün müsbət nəticəyə gətirib çıxaracaq”.

loading...
Diaspora