NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün İsveçin baş naziri Ulf Kristresson, həqiqətən də, əgər ona lazımdırsa Macarıstana səfər etməlidir.
Qaziler.az bildirir ki, bu çağırışı Macarıstanın xarici işlər naziri Peter Siyarto fevralın 8-də RİA Novosti ilə söhbətində səsləndirib.
“Biz İsveçin baş nazirini mümkün qədər tez Macarıstana səfərə dəvət etdik. Hesab edirəm ki, əgər (NATO-ya. - Red.) üzvlük onlar üçün həqiqətən vacibdirsə, o zaman baş nazir gəlməlidir”, - Siyarto bildirib.
Kristersson yanvar ayında baş nazir Viktor Orban tərəfindən Macarıstana dəvət olunub. Siyartodeyib ki, bu, iki ölkənin hakimiyyət orqanları arasında etimadın yaradılmasına çalışmaq üçün lazımdır və bu da Macarıstanın İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməsi prosesini sürətləndirə bilər.
Siyarto xatırladıb ki, Kristersson krallığın alyansa daxil olmasını ratifikasiya etmək üçün Türkiyəyə gedib və indi İsveç baş nazirinin Macarıstana getməsi düzgün olardı.
QAZİLER.AZ