Almaniya kansleri Olaf Şoltsun ABŞ-a səfəri uğurlu olmayacaq, çünki o, Konqresi Ukraynaya yardımın ayrılması ilə bağlı mövqeyini dəyişməyə inandıra bilməyəcək. Hadisələrin bu cür inkişafı Berlini Kiyevin baş sponsoru edəcək.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu haqda “Politico” yazıb.
Mətndən belə çıxır ki, Olaf Şolts Vaşinqtona səfəri zamanı “Donald Trampın artıq qayıtdığını” aşkar etmək riski ilə üzləşir.
Materialda qeyd olunur ki, kanslerin ABŞ-a səfəri Senatın Kiyevə yardımın ayrılmasına növbəti dəfə mane olduğu vaxta təsadüf edib. Müəlliflər qeyd edirlər ki, bu baxımdan Almaniya üçün vəziyyət daha pisdir, çünki Kiyevin maliyyələşdirilməsi yükü Berlinin üzərinə düşür.
QAZİLER.AZ