Çin və Rusiya öz suverenliklərini qorumaq üçün əməkdaşlıq etməlidirlər.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib. Onun sözlərinə görə, Pekin və Moskva daxili işlərə kənardan edilən istənilən müdaxiləyə qarşı birgə çıxmalıdırlar. O, Putinə yaxın strateji əməkdaşlıq qurmağı təklif edib.
“Tərəflər öz milli suverenliklərini, təhlükəsizliklərini və inkişaf maraqlarını qorumaq üçün sıx strateji əməkdaşlıq etməli və xarici qüvvələrin daxili işlərə qarışmasına qətiyyətlə qarşı çıxmalıdırlar”, - Si Cinpin deyib.
Öz növbəsində Vladimir Putin Rusiyanın Tayvan məsələsində mövqeyini bir daha təsdiqləyib. O vurğulayıb ki, Moskva Tayvanı ÇXR-in bir hissəsi hesab edərək “vahid Çin” mövqeyinə sadiqdir. Kreml bu mövqeyi prinsipial mövqe adlandırıb.
QAZİLER.AZ