Finlandiya Rusiya ilə sərhədin bağlanma müddətini uzatdı

Finlandiya Rusiya ilə sərhədin bağlanma müddətini  uzatdı backend

Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını yenidən aprelin 14-dək uzadıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi fevralın 8-də bildirib. Sərhəddən keçmək üçün qoyulan qadağanın əvvəlki müddəti isə fevralın 11-də başa çatır.

“Hökumət Finlandiya və Rusiya arasındakı quru sərhəd keçidlərinin 2024-cü il aprelin 14-dək bağlanması barədə qərar qəbul edib”, - departamentin mətbuat xidmətindən bildirilib.

QAZİLER.AZ

Diaspora