“Volkswagen”ə qarşı Çinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi istintaqa başlayıb

“Volkswagen”ə qarşı Çinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi istintaqa başlayıb backend

“Volkswagen” şirkətinin dizel mühərrikli nəqliyyat vasitələrinin emissiya yoxlamalarında yanlış məbləğ göstərdiyini aşkarlayan Çin istintaqa başlayıb.

AZƏRTAC “tr.euronews.com” saytına istinadla xəbər verir ki, Çinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mövzu ilə əlaqədar olaraq “Volkswagen”in nəqliyyat vasitələrinin emissiya standartlarını araşdıracaqlarını söyləyiblər.

İlkin mərhələdə istintaq Almaniya şirkətinin istehsal etdiyi 1950-yə yaxın nəqliyyat vasitəsi üzərində aparılacaq.

“Volkswagen” ən böyük bazarı olan Çinə idxal etdiyi 1950-yə yaxın nəqliyyat vasitələrindəki səhvi düzəltmək üçün məhsullarını geri çağıracağını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Yaponiya və Fransada da “Volkswagen”lə bağlı istintaq başlanılıb.
Diaspora