Çilinin paytaxtında mapuçe hindularının nümayişi polislə toqquşmaya gətirib çıxarıb. Aksiyada 10 minə qədər insanın iştirak etdiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, Çilinin aborigen əhalisinin keçirdiyi nümayiş Xristofer Kolumbun Amerikaya ayaq basmasının ildönümünə həsr olunub. Hindular aborigenlərin hüquqlarına hörmət etməyi və əcdadlarının torpaqlarını onlara qaytarmağı tələb ediblər.Nümayiş iştirakçıları La-Moneda prezident sarayı qarşısından keçərkən qanun keşikçilərinə daş parçaları və yandırıcı maddə ilə dolu şüşələr atmağa başlayıblar. Buna cavab olaraq polis nümayişçilərə qarşı su şırnağı tətbiq edib.