Təhlükəsizlik problemləri ilə mübarizə aparan Nigeriyada Türkiyədən alınan iki ədəd T129 ATAK döyüş helikopterinin istifadəyə verilməsi mərasimi keçirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Benue əyalətinin paytaxtı Makurdidə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) bazasında təşkil edilən mərasimdə vitse-prezident Kaşim Şettima, müdafiə naziri Badaru Abubakar, Türkiyənin Abucadakı səfiri Hidayet Bayraktar, Nigeriya Quru Qoşunları komandanı Taoreed Laqbaca və çoxlu qonaq iştirak edib.
Şettimanın mərasimdəki çıxışına görə, prezident Bola Əhməd Tinubu yeni alınmış helikopterlərin yerləşdirilməsinin həm ölkə daxilində, həm də Qərbi Afrika regionunda təhlükəsizlik problemlərinin həllinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində "Boko Haram" və ISWAP kimi terror təşkilatlarının, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir.
Türkiyədən alınan döyüş helikopterlərinin Nigeriyada təhlükəsizlik problemləri ilə mübarizəyə kömək edəcəyi gözlənilir.
QAZİLER.AZ