"Vaqner" ÖHŞ-nin keçmiş muzdlusu Andrey Medvedevə Norveçdən sığınacaq verilməyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.
Andrey Medvedevin Finmarkada Norveç-Rusiya sərhədini qeyri-qanuni keçməsindən cəmi bir il sonra İmmiqrasiya İdarəsi onun Norveçdən sığınacaq üçün müraciətini rədd edib.
Bu barədə jurnalistlərə onun vəkili Bryünlyüf Risnes məlumat verib.
Lakin onun Rusiyaya geri göndərilməsi ilə bağlı təhlükəsizlik riskləri səbəbindən Norveçdə müvəqqəti yaşamaq icazəsi verilib.
Bu icazə əsaslarla uzadıla bilər, lakin daimi yaşayış və ya vətəndaşlıq hüququnu təmin etmir və bəzi digər məhdudiyyətlərə malikdir.
QAZİLER.AZ