Yunanıstanda fermerlər kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün 3 həftədir davam edən etiraz aksiyalarını davam etdirmək qərarına gəliblər.
Qaziler.az bildirir ki, yunan mətbuatında çıxan xəbərlərə görə, Larissanın Nikea bölgəsində bir araya gələn fermer nümayəndələri aksiyalarını davam etdirmək qərarına gəliblər.
Görüşdən sonra açıqlama verən fermerlər hökumətin kənd təsərrüfatı sahəsindəki siyasətini aksiyalarla dəyişdirə biləcəklərinə inandıqlarını və ilk dəfə belə birlik və həmrəylik göstərdiklərini bildiriblər.
Digər qərarla fermerlər sabahdan etibarən hər gün eyni saatda bütün rayon, əsas yollar və sərhəd yollarında traktorla yolları bağlayacaqlar.
Fermerlər gələn həftə paytaxt Afinada Parlament binasının yerləşdiyi Sintaqma meydanında traktorlarla nümayiş keçirməyi planlaşdırırlar.
3 həftədir nümayiş keçirən fermerlər xarab olmuş məhsullara görə təzminat ödənilməsini, elektrik enerjisi tariflərinin aşağı salınmasını, heyvandarlar üçün yem və materialların alınmasına dəstək tələb edirlər.
QAZİLER.AZ