Niderland kiberhücuma görə Çini ilk dəfə açıq şəkildə günahlandırdı

Niderland kiberhücuma görə Çini ilk dəfə açıq şəkildə günahlandırdı backend

Çin dövlətinin dəstəklədiyi kiber casuslar keçən il Hollandiya hərbi şəbəkəsinə giriş əldə ediblər.

Qaziler.az Reuters-ə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

Kəşfiyyat agentlikləri bunu Niderland və onun müttəfiqlərinə qarşı Çinin siyasi casusluq meyllərinin bir hissəsi adlandırıb.

Nəşr qeyd edir ki, iki ölkə arasında milli təhlükəsizlik gərginliyi artdığı üçün Hollandiya ilk dəfə Çini açıq şəkildə kibercasusluqda ittiham edib.

"Çin tərəfindən həyata keçirilən bu növ casusluq fəaliyyətinin ictimaiyyətə çatdırılmasını təmin etmək vacibdir, çünki bu, bu cür kibercasusluğa qarşı beynəlxalq dayanıqlığın yaradılmasına kömək edəcək", - Ollonqren bildirib.

QAZİLER.AZ

 

Diaspora